“Onların təhsil xərcləri və təqaüdləri Fond tərəfindən ödəniləcək” - Masallı Təhsil Fondundan açıqlama

“Onların təhsil xərcləri və təqaüdləri Fond tərəfindən ödəniləcək” - Masallı Təhsil Fondundan açıqlama
  • Sosial / Manşet

  • Masallı Təhsil Fondu cari ilin aprel ayında növbəti iclasını keçirib.

     

    Asiya.az xəbər verir ki, tədbirdə fondun direktoru Hüseyn Hüseynov, idarə heyətinin üzvləri Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, Əntiqə Tağıyeva, Aynur Abbasova, Fidan Abbaslı və Əkbər Mahmudov iştirak ediblər.

     

    Tədbiri giriş sözü ilə açan fondun direktoru Hüseyn Hüseynov bildirib ki, Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan bu qurum bilikli və yüksək bacarıqlı qızların ali təhsil almasına böyük önəm verir. Masallı Təhsil Fondu hələ bir neçə ay öncə bəyan etmişdir ki, 70 saylı Seçki Dairəsindən 300 və 300-dən artıq bal toplayan, aztəminatlı ailələrin yüksək bilik və bacarığı olan qız övladlarının ali təhsil məktəblərinə qəbul zamanı dövlət universitetlərində sadaladığımız ixtisasları seçərlərsə, 

    (ibtidai sinif, 

    Azərbaycan dili və ədəbiyyatı,

    riyaziyyat-informatika, 

    tarix-coğrafiya,

    kimya biologiya, 

    psixologiya,

    fizika və xarici dil) onların təhsil xərcləri və təqaüdləri Fond tərəfindən ödəniləcək.

     

    Fond bu ixtisasları seçmiş tələbələrin aşağıdakı dövlət universitetlərini seçməsini məqsədəmüvafiq sayır. 

     

    Bakı Dövlət Universiteti

    Azərbaycan Dövlət Pedaqoji Universiteti

    Bakı Slavyan Universiteti

    Gəncə Dövlət Universiteti

    Sumqayıt Dövlət Universiteti

    Lənkəran Dövlət Universiteti

    Azərbaycan Dövlət Dillər Universiteti

     

    Masallı Təhsil Fondu tərəfindən aztəminatlı ailələrin qız övladlarının xərcləri aşağıdakı formada qarşılanacaq:


    -Abituriyent qızlar ödənişli əsaslarla ali məktəbə qəbul olunubsa, onun təhsil xərci,

     

    - Əgər ödənişsiz qəbul olunubsa, həmin qızlara oxuduqları müddət ərzində təqaüd, 

     

    - Bu tələbələr bir ay müddətində onların qəbul olunduğu fakültədə hansı fənlərin keçirilməsi barədə Fonda rəsmi arayış təqdim etməlidirlər.


    Bu tələbələrin ali məktəbdə oxuduqları müddətdə semestr imtahanlarından 61 baldan yüksək nəticə göstərmələri məqsədəmüvafiq hesab edilmişdir.

     

    Məqsədimiz qız övladlarımızın yüksək biliyə malik mütəxəssis kimi yetişdirilməsindən ibarətdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər