Qənirə Paşayeva "Şuşa İli"nə həsr olunan rəsm sərgisinin açılışında iştirak edib

Qənirə Paşayeva "Şuşa İli"nə həsr olunan rəsm sərgisinin açılışında iştirak edib
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayonunda "Şuşa İli"nə həsr olunan rəsm sərgisinin açılışında iştirak edib.

    Asiya.az
    xəbər verir ki, millət vəkili şəhid ailələri, qazilər və fiziki imkanları məhdud istedadlı gənclərlə görüşüb. Abşeron rayon İcra Hakimiyyəti, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqı, İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı, Nəfəs və RHİM İctimai Birliklərinin dəstəyi ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilmiş “Şuşa İli”nə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi olub. Sərgidə istedadlı Abşeron məktəblilərinin, sağlamlıq imkanları məhdud şəxslərin çəkdiyi və “Şuşa İli”nə həsr olunan – Şuşanın təbiətini, tarixi abidələrini, gözəlliklərini əks etdirən rəsmlər nümayiş edilib. Qənirə Paşayeva ölkəmizdə mədəni sahənin inkişaf etdirilməsinin dövlətin prioritetlərindən olduğunu bildirib.

    Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev respublikamızda mədəni sahənin surətli inkişafı istiqamətində çox mühüm addımlar atıb. Bu siyasət hazırda da cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin mədəni həyatının uğurlarının, dünya ictimaiyyətinə çatdırılmasında, təbliğində və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin əhəmiyyətindən danışan Komitə sədri əlavə edib ki, hər birimiz bu səhəni daha da irəli aparmaq üçün əlimizdən gələni etməliyik. Mədəniyyət Paytaxtımız Şuşanın Azərbaycan tarixində tutduğu önəmli yeri xüsusi vurğulayan Q.Paşayeva, belə sərgilərin milli-mənəvi dəyərlərimizi özündə yaşadan, mədəni irsimizdə özünəxas rola və yerə malik olan Şuşanın, ümumən Qarabağın  zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaq baxımından vacib olduğunu bildirib.

    Sərgidə Nəfəs İB sədri Firəngiz Balakişiyeva, RHİM İB sədri Arzu Bağırova, əziz şəhid ailələrimiz, qazilərimiz və ictimai fəallarımız da iştirak edirdi.

    Tədbir çərçivəsində Qənirə Paşayeva şəhid ailələrimiz, qazilərimiz, fiziki imkanları məhdud insanlarımızla görüşüb, geniş fikir mübadiləsi aparılıb.

    Tədbirin sonunda sağlamlıq imkanları məhdud olan istedadlı gənclərin hər birinə Nəfəs İB, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hədiyyələr təqdim olunub.







    PAYLAŞ:

    Oxşar xəbərlər