Daha bir qurumda əməliyyat: Yüksək vəzifəli şəxs saxlanıldı

Daha bir qurumda əməliyyat: Yüksək vəzifəli şəxs saxlanıldı
  • Manşet / Hadisə

  • Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

    Asiya.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də baş tutub. 

    Əməliyyat çərçivəsində "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

    Hazırda "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

    Qeyd edək ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. 
    PAYLAŞ:

    Oxşar xəbərlər