Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Sözün gerçəyi daşdan keçər” mövzusunda tədbir keçirib - FOTOLAR

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Sözün gerçəyi daşdan keçər”  mövzusunda tədbir keçirib - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı Tarix-Diyarşünaslıq Muzeyində 22 iyul Milli Mətbuat Günü və “Yeni Həyat “ qəzetinin 90 illik yubileyi münasibəti ilə “Sözün gerçəyi daşdan keçər”  mövzusunda tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, tədbirdə “Yeni Həyat” qəzetinin kollektivi, Masallı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Ceyhun Bəşirov, Masallı Regional Kollecin müəllimi Nazim Əliyev, ”Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov, Masallı rayon Ağsaqqallar şurasının sədr müavini Əyyub Mehdiyev, Veteranlar şurasının nümayəndəsi Solmaz Rəsulova, Masallı Təhsil Fondunun üzvü Rəmzi Şahverdiyev, mədəniyyət işçiləri və rayon ziyalıları iştirak edib.

    Əvvəlcə vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eyni zamanda rayon mətbuatında çalışan, dünyasını dəyişmiş jurnalist və yazarların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva 22 iyul Milli Mətbuat Günü və rayonumuzun mətbəə orqanı olan “Yeni Həyat” ın 90 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək, qələm sahibi olan hər bir kəsə görəcəkləri işdə uğurlar arzuladı.

    Muzeyin elmi işçisi Dilgüşə Məmmədova mövzu ilə bağlı geniş məruzə etdi.

    İctimai birliyin nümayəndəsi Əyyub Mehdiyev, Solmaz Rəsulova, tarix müəllimi Nazim Əliyev, jurnalistlər Cəfər CəfərovRəmzi Şahverdiyev, Təhmasib Məcidov, Rəmiləli Caniyev çıxışlarında mətbuatın inkişafına göstərilən dövlət qayğısından və Azərbaycanı dünyada söz, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasında mətbəə orqanının rolundan danışdılar.

    Tədbirdə iştirak edən “Yeni Həyat” qəzetinin kollektivi çalışdıqları peşənin çətin, maraqlı  və onları özündə yaşadan xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Eyni zamanda mətbuat işçiləri dövlətin və cəmiyyətin onlara göstərdiyi qayğıya görə təşəkkürlərini ifadə etdilər.

    Tədbirin sonunda “Yeni Həyat” qəzetinin kollektivi muzey tərəfindən Fəxri -Fərmanla təltif olunduqdan sonra tədbir iştirakçıları muzeyin ekspozisiya zalında təşkil olunmuş “Yeni Həyat” qəzetinin 90 illik fəaliyyətini özündə əks etdirən sərgiyə baxış keçiriblər.














    PAYLAŞ:

    Oxşar xəbərlər