Asiya.az xəbər verir ki, günün ilk matçında ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub.
Ağdam klubu xallarının sayını 6-ya çatdırıbsa, "gənclik şəhəri" təmsilçisi iki oyundan sonra xalsız qalıb.
Qeyd edək ki, günün digər oyununda "Səbail" "Turan Tovuz"u qəbul edəcək. Turun açılış görüşündə "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.