Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
  • Araşdırma / Cəmiyyət

  • Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür. 

    1964-cü ildə Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Arif Paşayev, Aida İmanquliyeva kimi görkəmli elm xadimlərinin ailəsində göz açan Mehriban xanım 1982-ci ildə orta məktəbi qızıl medalla bitirərək  Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. İllər keçdikcə təhsilini ən yüksək səviyyədə davam etdirən Mehriban xanım 1995-ci ildə aktiv ictimai fəaliyyətə başlayıb. İlk işi Azərbaycan Mədəniyyət Fondunu yaratmaq olub. Onun mədəniyyətə, incəsənətə, musiqiyə olan marağını hər kəs bilirdi. Hətta müsahibələrinin birində belə deyir: 

    «Mən Azərbaycanın dünya müstəvisində təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də musiqi, film, teatr, memarlıq və s. kimi bir çox sahələrdə şedevrlər yaradan ölkə kimi təqdim olunmasını istəyirdim.»

    Mehriban xanımın Azərbaycanın şifahi xalq ədəbiyyatının,  milli - mədəni və musiqi irsinin qorunub saxlanılması, inkişafı və dünyaya tanıdılması üçün davamlı şəkildə aparılan işlərin müsbət nəticələrini görürük. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESCO-nun müvafiq siyahılarında yer almışdır. Belə ki, muğam sənəti, aşıq sənəti, şəhərimizin tarixi-memarlıq qoruğu olan İçərişəhər, tar ifaçılığı sənəti YUNESKO-nun nadir, şah əsərləri siyahısına daxil edilib. Bunlar Azərbaycanla sözügedən təşkilat arasında  əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən, ölkədə hər kəsin maraqla izlədiyi  “Muğam” televiziya müsabiqəsi Mehriban xanımın muğam sənətinə verdiyi dəyərin bariz nümunəsidir. Bu müsabiqə nəticəsində ölkənin bütün regionlarından istedadlı gənclərimiz seçilir və xalqa tanıdılır. Sözügedən layihə həm də qədim və zəngin muğam sənətimizin gələcək nəsillərə öyrədilməsi, muğamlarımızın dünyada təbliğində böyük rol oynayır. Ümumiyyətlə Azərbaycanın klassik mədəniyyəti, mənəvi irsimizlə, mənəvi dəyərlərimizlə bağlı bir çox layihələr məhz Mehriban xanımın adı ilə bağlıdır. 
     
    Tam məsuliyyətlə deyə bilərik ki, heç bir sahə Mehriban xanımın diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında  təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələrdə layihələr həyata keçirilir. Bütün bunlar xalqımızın rifahı naminə gerçəkləşdirilir.  Birinci xanım adını şərəflə daşımaq, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumaq, uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq…Onu bu çətin yolda yorulmağa qoymayan isə  vətəninə, xalqına sonsuz sevgisidir...  
     
    Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın valideyn himayəsindən məhrum uşaqlara, qocalar evinin sakinlərinə münasibəti, onların həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyü işlər isə göz önündədir. Uşaqlara mərhəməti, böyüklərə hörmət və sevgisi hər bir vətəndaşımıza örnəkdir. 

    P.S: Onu da qeyd etmək istəyirəm ki, ölkənin birinci xanımı, Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva ilə eyni gündə dünyaya göz açmaq mənim üçün şərəfdir, qürurdur…
    Fərqanə Qafarova

    P.S.S. Biz də “Asiya.az” İnformasiya Agentliyinin kollektivi adından ölkənin birinci xanımı Mehriban xanım Əliyevanı və dəyərli əməkdaşımız Fərqanə xanım Qafarovanı doğum günləri münasibətilə təbrik edir, hər iki xanıma uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzu edirik!
    PAYLAŞ:

    Oxşar xəbərlər