Asiya.az "Report"a istinadən xəbər verir ki, görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.
O, həmçinin qeyd edib ki, dialoq zamanı Ukraynada "Baykar” zavodunun tikintisinin təfərrüatları və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalı müzakirə olunub. Bundan əlavə, Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli "Xidmətə görə" ordenini təqdim edib.
Qeyd edək ki, daha əvvəl üç "Bayraktar” PUA-sı Ukraynaya çatdırılıb. Ukraynalılar üç gün ərzində onlar üçün vəsait toplayıblar, lakin türk şirkəti onları pulsuz olaraq bağışlamağa qərar verib.
Həmçinin bildirilib ki, Ukrayna 2023-cü ilin sonunda "Bayraktar” tipli PUA istehsal edən zavod tikmək niyyətindədir.//Report