Asiya.az xəbər verir ki, Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən olan məktəblilərin 100%-lik nəticəsi münasibətilə "Nar” bu gəncləri təbrik edib.
Elm və Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin maliyyə dəstəyi ilə fəaliyyət göstərən "Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı gənclərin ali təhsilə yiyələnmələrinə dəstək olmaqdır.
"Nar” elm və təhsilə dəstək istiqamətində davamlı layihələr həyata keçirir. Mobil operatorun korporativ sosial məsuliyyət istiqamətində gördüyü layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.
"Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.