Azərbaycanda son illər boşanan məşhur cütlüklər - "Əvvəl sevirdilər, indi isə..."

Azərbaycanda son illər boşanan məşhur cütlüklər - "Əvvəl sevirdilər, indi isə..."
  • Mədəniyyət

  • Azərbaycanda boşanma sayının statistikası göstərir ki, son 10 ilin ən yüksək rəqəmi 2021-ci ildə qeydə alınıb. Ötən il ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən boşanma səviyyəsi 17,5 % artıb. 

    Bir çox mütəxəssislər boşanmaların sosial problemlərə dayandığını iddia etsələr də, gəlirləri yüksək olan insanların da ard-arda boşanma xəbərlərini görmək mümkündür. Elə bu cütlüklər arasında ölkəmizdə tanınan məşhurların da adlarını qeyd etmək olar. 
    Asiya.az boşanan məşhur cütlüklərin siyahısını təqdim edir:

    Tanınmış stilist Şəfəq Novruzovanın qızı, vizajist Ayan Şəfəq həyat yoldaşı Pərvizlə yollarını ayırıb. 2015-ci ildə təmtəraqlı formada ailə quran Ayan Şəfəqlə eks-ərinin bu izdivacdan Tamerlan adlı bir oğlu var. Onu da bildirək ki, Ayan Şəfəq Xalq artisti Ramiz Novruzun nəvəsidir.

    Aktrisa Oksana Rəsulova həyat yoldaşı Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb. Bu barədə o, "İnstaqram” hesabında məlumat yayıb. Sənətçi bildirib ki, onlar nikahlarını bir il əvvəl pozub. Onların bu evlilikdən Osman adlı oğulları var.

    Tanınmış bloger cütlük Fuad və Asya İsmayılovlar boşanıb. Bu barədə məlumatı Asya bir müddət öncə "İnstagram” səhifəsində bildirmişdi. Cütlüyün boşanma prosesi dava-dalaşla yadda qalıb. Hər iki tərəf "instagram" profillərindəki paylaşımlarla bir-birilərinə ciddi ittihamlar səsləndirirlər. Cütlüyün iki övladı var. 

    "Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucov da həyat yoldaşından ayrılanlar arasındadır. E.Orucov 2018-ci ildə İlahə adlı xanımla ailə həyatı qurmuşdu. Onların bu nikahdan bir qız övladları var.

    Tanınmış fotoqraf Saməddin Cəfərli və həyat yoldaşı bloger Həmayıl boşanıb. Qeyd edək ki, cütlük iki ilə yaxın ailəli olub, onların Atilla adlı bir oğlan övladı var.
    400 min manatlıq toy etməsi ilə gündəm olan tanınmış bloger Aysel Şükürova Oqtay Əhmədovdan boşanıb. Qeyd edək ki, Aysel Şükürova 2 dəfə ailəli olub, boşanıb.

     Ayşən 
    PAYLAŞ:

    Oxşar xəbərlər