Cənub bölgəsinə daimi işləməyə gələn Türk həkimin kimliyi bilindi

Cənub bölgəsinə daimi işləməyə gələn Türk həkimin kimliyi bilindi
  • Sosial / Araşdırma

  • Günlərdir cənub regionunun müxtəlif rayonlarında naməlum posterləri vurulan həkimin kimliyi bəlli olub. 

    Asiya.az xəbər verir ki, 30 ilə yaxındır ki, Türkiyənin müxtəlif universitet xəstəxanalarında çalışan cərrah travmatoloq-ortoped Hasan Dermesin, 1 OKTYABR tarixindən etibarən Masallıda yerləşən “Bioloji Təbabət” klinikasında (@bioloji.tebabet.masalli) fəaliyyətə başlayacaq. 

    Qardaş Türkiyədə bu illərdə 2000-dən çox protez əməliyyəti yerinə yetirən Hasan Dermesin, yüzlərlə cərrahın yetişməsində əməyi olub.

    Hətta, onun yanında asistantlıq edən həmyerlilərimiz, hazırda Türkiyə və ölkəmizdə yerləşən müxtəlif xəstəxanalarda travmatoloq-ortoped kimi çalışırlar. 

    Qeyd edək ki, Türkiyədən olan təcrübəli həkimin cənub regionunda daimi əsaslarla işləməsi ilk haldır. Yaxın gələcəkdə cənub bölgəsində geniş miqyaslı “Travma Mərkəzi”i qurulacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər