Öldüyü deyilən Xamenei üzə çıxdı, İrandakı aksiyalar haqda danışdı

Öldüyü deyilən Xamenei üzə çıxdı, İrandakı aksiyalar haqda danışdı
  • Siyasət

  • Ölüm xəbəri yayılan İran rəhbəri üzə çıxıb.

    Asiya.az
    Azad İran kanalına istinadən xəbər verir ki, İranın dini rəhbəri Əli Xameneyi ölümü ilə bağlı xəbərlərin yayılmasından sonra bu gün ölkənin Silahlı Qüvvələrinin universitetlərinin buraxılış mərasiminə qatılıb.

    Mərasimdə çıxış edən Xameneyi ölkədə baş alıb gedən ümumxalq etirazlarını xarici amillərlə əlaqələndirib: "Xalq arasında xaos yaratmaq və əmin-amanlığı pozmaq öncədən planlaşdırılıb”.

    O, daha sonra əlavə edib: "Son bir neçə gündə baş verən hadisələrdə ən çox ölkənin hüquq-mühafizə orqanlarına haqsızlıq edildi, "Bəsic” qüvvələrinə, İran millətinə zülm edildi”. 
     
    Xameneyi İranda ölən qızdan da danışıb: "Baş verən gənc qızın ölümü acı bir hadisə idi və ürəyimizi parçaladı. Amma heç bir araşdırma aparmadan, məsələ dəqiqləşdirilmədən bu hadisəyə reaksiya bundan ibarət deyildi ki, kimlərsə gəlib küçəni təhlükəli vəziyyətə salsınlar, əhali üçün təhlükə yaratsınlar, təhlükəsizliyi pozsunlar, Quranı yandırsınlar, qadının başından hicabını çıxarsınlar, məscid və dini mərkəzləri yandırılsın, banka od vurulsun, insanların avtomobilləri yandırılsın.

    İndi təəssüf doğuran bir hadisəyə belə bir reaksiya bu kimi hərəkətlərin edilməsinə əsas vermir. Bu hərəkətlər normal deyildi, təbii deyildi. Bu qarışıqlıq, iğtişaş əvvəlcədən planlaşdırılmışdı”.
    PAYLAŞ:

    Oxşar xəbərlər