Prezident Azərbaycanın Fransa və Müqəddəs Taxt-Tacdakı səfirlərini təyin etdi

Prezident Azərbaycanın Fransa və Müqəddəs Taxt-Tacdakı səfirlərini təyin etdi
  • Siyasət / Manşet

  • Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Asiya.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Prezidentin digər sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    İlqar Yusif oğlu Muxtarov isə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər