Asiya.az report-a istinadən xəbər verir ki, Ayxan Hacızadə 1981-ci ildə anadan olub.
2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində, ATƏT və BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb. 2022-ci ilin iyul ayından etibarən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.
Ailəlidir, üç övladı var.