Ekspertdən cağrış: “Kasıbın da balası xaricdə təhsil almalıdı”

Ekspertdən cağrış: “Kasıbın da balası xaricdə təhsil almalıdı”
  • Cəmiyyət

  • Son illər gənclərin təhsillə bağlı xaricə üz tutmaları, təhsil və karyeralarını Avropa və Qərb dövlətlərində görən gənclərini sayı artmaqdadı. İstər dövlət xətti ilə olsun istərsə də öz imkanları hesabına xaricdə təhsil almaq bir növ gənclərin arzusuna çevrilib. Və elə bu səsbəblərdən gənclərin əksəriyyətinin Təhsiı Naziriliyinin Xaricdə Təhsil proqramına baş vurur, arzularının reallaşmasının istəyindədirlər. Amma təəssüflər olsun ki, Xaricdə Təhsil Proqramında baş verən neqativ hallar bir çox gənclərin arzusunu ürəyində qoymuş olur. Məsələ ilə bağlı saytımızı danışan, xaricdə təhsil- Level UP şirkətin rəhbəri İsgəndər Ağayev bildirib ki, bu məsələ artıq ölkə rəhbərliyinin müdaxiləsinin vacib olduğunu vurğulayıb: “Siz də cəmiyyətin üzvüsünüz, görürüsünüz, eşidib, bilirsiniz ki, hər il kifayət qədər gənc xaricdə təhsil almaq üçün çaba göstərirlər. Xaricdə təhsil almaq üçün rəhbərlik etdiyim şirkətə müraciət edənlərin sayı hədsiz çoxdu. Amma bəzən elə olur ki, uşağını xaricə göndərmək istəyən ailənin maddi imkanı olmur, onlar məcburdurlar ki, Təhsiı Nazirliyinin xətti ilə Xaricdə Təhsil Proqramı ilə getsinıər ki, ailələrinə yük düşməsin. Amma Təhsil Nazirliyində bu sahədə rüşvətin və bürokratik əngəllərin olması gənclərə mane olur. Son illər belə bir biabırçı və arzuolunmaz hal yaranıb ki, TN Xaricdə Təhsil Proqramında ancaq məmur övladlarına şamil edilir, savadlı və sıradan ailənin övladı kənarda qalır. Düzdü TN-in rəhbərliyi bunu açıq deyə bilməsə də, üstüörtülü eyhav vururlar ki, məmur övladə təhsili bitirdikdən sonra vətənə dönəcək, kasıb və savadlı olan isə karyerasının ardına düşüb təhsil aldığı dövlətdə yaşayacaq.”
    İsgəndər Ağayev daha sonra bildirir ki, "bununla bağlı Təhsil Nazirliyində keçirilən görüşdə də mən açıq şəkildə etirazımı bildirdim. Hətta hörmətli rektorumuz İsaxan Aşurov da mənə dəstək oldu. Təsəvvür edin gəncin baxışları müxalifyönlüdü amma adam ən yüksək balı qazanıb. Amma onun xaricə getməsi süni yollarla əngəllənir, burs verilmir.
    Biz TN bu addımı ilə qəti razılaşa bilmərik. Bu biabırçılığa son qoymaq üçün əlimizdən gələni edəcəyik. Lazım olsa beynəlxalq təşkilatlara qədər şikayətimizi çatdıracağıq" deyə İsgəndər Ağayev bildirib.
    Anar Qismətoğlu
    PAYLAŞ:

    Oxşar xəbərlər