Elgiz Məmmədov Masallı güləşçilərinə ustad dərsi keçdi – VİDEO/FOTOLAR

Elgiz Məmmədov Masallı güləşçilərinə ustad dərsi keçdi – VİDEO/FOTOLAR
  • Manşet / İdman

  • Masallıda Yunan-Roma güləşi üzrə veteran güləşçilər arasında dünya çempionatının gümüş medalçısı Elgiz Rafis oğlu Məmmədovla görüş keçirilib.

     

    Asiya.az xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən görüş Masallı Olimpiya İdman Kompleksində baş tutub.

     

    Görüş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançı haqqında ətraflı məlumat verib, onun gənc idmançılara təqdim edib.

     

    Elgiz Məmmədovun əmisi, Xarici dil müəllimi Mehman Məmmədov, Vətən müharibəsi iştirakçısı, idman müəllimi Həmid Mövsümov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov və başqaları çıxış edərək belə görüşlərin gənc idmançılar üçün faydalı olduğunu, onlar üçün idman həyatında daha da inkişaf etmələri üçün stimul olacağını bildiriblər.

     

    Daha sonra Yunan-Roma güləşi üzrə veteran güləşçilər arasında dünya çempionatının gümüş medalçısı, Azərbaycan və Rusiya çempionu, beynəlxalq turnirlərin mükafatçısı Elgiz Məmmədov yeniyetmə idmançılara ustad dərsi keçib.

     

    Qeyd edək ki, bu ilin oktyabr ayında Bolqarıstanın Plovdiv şəhərində keçirilən veteranlar arasında Yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycanı təmsil edən 35 yaşlı pəhləvanımız Elgiz Məmmədov 88 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş medalçısı olub.


    Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Elgiz Məmmədov güləş məşqlərinə Azərbaycanda, Masallı Rayon Gənclər və İdman İdarəsinin məşqçi-müəllimi, əməkdar məşqçi Qardaşxan Əmənovun rəhbərliyi ilə başlayıb.  O, doqquz yaşı olanda ilk uğuruna imza atıb – SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə respublika turnirinin qalibi olub. 2000-2009-cu illər ərzində dəfələrlə yeniyetmə və gənclər arasında Bakı şəhər və Azərbaycan birinciliklərinin qaibi adını qazanıb.

     

    Elgiz Məmmədov hazırda Rusiyanın Kalininqrad şəhərində məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirdiyi yeniyetmə və gənc yunan-romaçılar bir sıra mötəbər yarışların mükafatçılarıdır.

    Fotolar Elsevər Əliyevə məxsusdur.


















































    PAYLAŞ:

    Oxşar xəbərlər