Asiya.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.
Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Muxtar Respublikanın Təhsil Nazirliyindən "Qafqazinfo"ya bildirilmişdi ki, universitet Elm və Təhsil Nazirliyinə tabedir və bu barədə məlumatlı deyillər. Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı nazirlikdə məlumat yoxdur.