Masallı Rayon Məhkəməsinə yeni hakim təyin edildi

Masallı Rayon Məhkəməsinə yeni hakim təyin edildi
  • Manşet / Cəmiyyət

  • Bu gün Prezident İlham Əliyev "Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" sərəncam imzalayıb.

    Asiya.az
    xəbər verir ki, sərəncamla Zeynal Ağabala oğlu Zeynalov Masallı Rayon Məhkəməsinin hakimi təyin edilib. Zeynal Zeynalov bu təyinata kimi Bakı Apellyasiya Məhkəməsinin, daha əvvəl isə Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

    Prezidentin digər sərəncamı ilə Ayaz Aydın oğlu Səlimov Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naftalan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.

    Prezidentin başqa bir sərəncamı ilə Firdovsi Zülfü oğlu Əliyev yenidən Masallı Rayon Məhkəməsinin sədri təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər