Yuxuda ani hərəkət etməyimizin səbəbi nədir? – ARAŞDIRMA

Yuxuda ani hərəkət etməyimizin səbəbi nədir? – ARAŞDIRMA
  • Maraqlı

  • Heç düşünmüsünüzmü ki, niyə yuxuya gedəndə əllərimiz və ayaqlarımız qeyri-ixtiyari hərəkət edir?

    Asiya.az
    xəbər verir ki, bədənimizi yuxuya buraxarkən beynimizdən gələn ani hərəkət əmrləri ilə qollarımız və ayaqlarımız qeyri-ixtiyari olaraq tərpənə bilər. Buna nəyin səbəb olduğunu heç kim bilmir. Ancaq bunu beyni idarə etmək üçün oyaqlıq və yuxululuq arasındakı gecə döyüşünün yan təsiri kimi təsvir etmək olar.
    Belə hallar uşaqlarda daha çox rast gəlinir.

    Bu tərpənmələr bədəninizi ələ keçirməyə başladığı üçün hərəkətlərinizi tənzimləyən beyin sisteminizin hələ də bədəninizə müəyyən qədər nəzarət etdiyinə işarədir.

    Ani əl-qolumuzun hərəkət etməsi zehnin keçid mərhələsində olduğu zaman oyaqlıq və yuxu arasındakı mübarizədən qaçan hərəkətlərdir. Yuxuda zehnimiz öz fəaliyyətini anlamağa çalışır ki, bu da yuxu ilə nəticələnir. Yuxuda ani tərpənmə əsəb ilə də əlaqəli ola bilər.
    Yuxu zamanı etdiyimiz ən çox görülən digər hərəkət sürətli göz hərəkətləridir. Yuxular zamanı gözlərimiz gördüyümüz yuxuya uyğun hərəkət edir. Məsələn, yuxumuzda tennis matçına baxırıqsa, gözlərimiz bir tərəfdən digər tərəfə keçir. Yuxuda olan adamın gözlərini tərpətmək yuxu gördüyünün ən bariz əlamətidir.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər