Qızılağacda artezian quyusu qazıldı

Qızılağacda artezian quyusu qazıldı
  • Masallı / Manşet / Sosial

  • Masallı rayon Qızılağac kənd 2 saylı tam orta məktəbinin həyətində Şəhid atası Arif Əliyevin təşəbbüsü və rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə Viləşçay Su Anbarı İstismarı idarəsi tərəfindən dərinliyi 30 metr olan artezian quyusu qazılıb.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov, şəhid ailələri, ziyalılar və kənd sakinlərinin iştirakı ilə quyuya baxış keçirilib.

    Rayon rəhbəri tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilib.

    Məktəbin həyətində artezian quyusunun qazılmasına, şəhidlərə ehtiram, ailələrinə göstərilən diqqət və qayğıya görə məktəbin pedaqoji kollektivi, şəhid ailələri və kənd sakinləri Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və Viləşçay Su Anbarı İstismarı İdarəsinin kollektivinə minnətdarlıqlarını ifadə etmişlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər