Şəhid baş leytenant Sahib Şirəliyevin anım mərasimi keçirilib - FOTOLAR

Şəhid baş leytenant Sahib Şirəliyevin anım mərasimi keçirilib - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli Sahib Yusif oğlu Şirəliyevin anım mərasimi keçirilib.

    Asiya.az
    xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və media nümayəndələri iştirak ediblər.

    Azərbaycan Silahlı Qüvvələrinin şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli Sahib Yusif oğlu Şirəliyevin 
    ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olduqlarını bildiriblər.

    Şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli Sahib Şirəliyevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə edib.




    PAYLAŞ:

    Oxşar xəbərlər