Şəhid Rafail Hüseynovun anım mərasimi keçirilib

Şəhid Rafail Hüseynovun anım mərasimi keçirilib
  • Sosial / Manşet

  • 30 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Rafail Teymur oğlu Hüseynovun anım mərasimi keçirilib.

    Asiya.az
    xəbər verir ki, anım mərasimində​ Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ cənab Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər​ sakinləri və media nümayəndələri iştirak ediblər.
    Vətən müharibəsinin şəhid çavuşu Rafail Hüseynovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar​ ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

    Vətən müharibəsinin​ şəhidi, 3-cü dərəcəli «Rəşadət» ordenli, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallı​ Rafail Hüseynovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər