Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? - DOSYE

Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? - DOSYE
  • Araşdırma / Sosial

  • "Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb. Əvvəllər "Rabitəbank” ASC-də baş direktor olan Binnət Novruzov "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin olunub.

    Binnət Novruzovun dosyesini təqdim edirik.

    1981-ci ildə anadan olan Novruzov Binnət Yasin oğlu 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

    2007-2008-ci illərdə "Unibank” ASC-də, 2009-2010-cu illərdə "Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə "Rabitəbank” ASC-də Baş direktor olub.

    Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən "SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

    "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.

    Qeyd edək ki, Binnət Novruzov eyni zamanda "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 3 üzvündən biridir. Binnət Novruzov Müşahidə Şurası üzvlüyündən azad olunan Baharxanım Talıbovanın yerinə təyin olunub.

    Baharxanım Talıbova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızıdır.
    ///Yeniavaz.com
    PAYLAŞ:

    Oxşar xəbərlər