Masallı Sənaye Məhəlləsində dörd ildə 13 milyon manatlıq məhsul istehsal edilib

Masallı Sənaye Məhəlləsində dörd ildə 13 milyon manatlıq məhsul istehsal edilib
  • Masallı / İqtisadiyyat

  • Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 7-si istehsal fəaliyyətinə başlayıb.

    Bu barədə AZƏRTAC-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
    Sənaye məhəlləsində uşaq və mətbəx mebelləri, plastik, alüminium qapı-pəncərə, dekorativ divar örtükləri, taxta və dəmir məmulatları və digər məhsullar istehsal olunur. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, xaricə də göndərilir.
    Masallı Sənaye Məhəlləsində qeydiyyata alınan rezidentlərin ümumi investisiya həcmi 15 milyon manata yaxındır. Burada dörd il ərzində 13 milyon manat dəyərində məhsul istehsal olunub.

    Qeyd edək ki, ölkə ərazisində 5 rayonda – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərurda sənaye məhəllələri yaradılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər