Gəncləri Günü münasibətilə Lerikdə bir qrup gənclə görüş keçirilib - FOTOLAR

Gəncləri Günü münasibətilə Lerikdə bir qrup gənclə görüş keçirilib - FOTOLAR
  • Lerik / Cəmiyyət

  • 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun ictimai həyatında, təhsil, idman, elm və mədəniyyət sahələrində fərqlənən bir qrup gənclə görüşüb.

    Asiya.az
    xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı çıxış edərək 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib.

    Bildirib ki, Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olub. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
    Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilib. Cənab Prezidentin gənclərlə bağlı verdiyi tövsiyələr, imzaladığı fərman və sərəncamlar ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə yüksək dəyər verdiyinin təzahürüdür. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, dövlətçilik məfkurəsinə, yüksək ideyalara malik gənclər formalaşıb. Gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Lerik rayonunda da zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

    Sonda rayonun ictimai həyatında, təhsil, idman, elm və mədəniyyət sahələrində fərqlənən bir qrup gəncə  rayon icra hakimiyyətinin Fəxri Fərmanı təqdim edilib.








    PAYLAŞ:

    Oxşar xəbərlər