
Asiya.az xəbər verir ki, bu sözlər "Azərişıq"-ın yarıtmaz fəaliyyətibdən şikayətçi olan tanınmış həkim-yazar Xodaşirin Cəbiyev şəxsi facebook hesabında paylaşıb. Onun sözlərinə görə qəzalı elektrik naqilinin təmiri üçün adiyatı quruma dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülməyib.
Şikayətçi yazır:
"Yəni: "Eşşəyim ölmə, yonca bitincə. Yonca, saralma eşşək ölüncə". Görürsünüzmü, insanları, vətəndaşları necə saymırlar, necə əzirlər?!
Təsəvvür edin, keçən ayın 19-dan "AZƏRİŞIQ"ın Masallı şəhərindəki idarəsinə, qaynar xəttinə, FACEBOOK" internet səhifəsinə dəfələrlə rəsmi ərizə və telefonla müraciət etmişəm.
Cavabları birdir: "Müraciətiniz qeydiyyat üçün aidiyyəti şöbəyə yönləndirilmişdir". Hətta sonuncu dəfə onlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edəcəyimi də bildirmişəm. Amma yenə də eyni cavabı almışam. Yanvar ayının 19-dan 220 V gərginlikli elektrik kabeli bu günə kimi küçənin ortasında sallanıb qalıb. Sizcə bunun adı nədir?! Əgər mən adını desəm, qarşı tərəf buna dərhal bir ayrı ad tapacaq: " Müxalifətdir!"."



