Gənclər və İdman naziri "Relax-Lerik İdman Klubu"nda olub

Gənclər və İdman naziri "Relax-Lerik İdman Klubu"nda olub
  • Lerik / İdman / Manşet

  • Gənclər və İdman naziri Fərid Qayibov, Ağır Atletika Federasiyasının nümayəndəsi Anar Huseynov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və millət vəkili İqbal Məmmədov yeni təmir olunan "Lerik-Relax İdman Kulubu"nun Ağır Atletika zalında idmançılarla və onlara yaradılan şəraitlə tanış olublar.

    Asiya.az xəbər verir ki, yeni istifadəya verilən zalda yaradılan şəraitlə taniş olan qonaqlar, idmançılar və məşqçilərlə fikir mübadiləsi aparılıb. Söhbət zamani regionlarda bu idman növünün inkişafının əhəmiyyəti və geniş təbliği xüsusi vurğulanıb. Məşq zalı yüksək standartlara uyğun avadanliqlarla təchiz olunub. Zövqlə dizayn edilmiş zalda körpücüklər, masa üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanliqlar yerləşdirilib.

    Bölgələrdə ən müasir standartlara cavab verən Ağır atletika zallarinin istifadaya verilmasi bu idman növünün gənclər arasinda populyarlaşmasını təmin edir. Maddi-texniki bazanın yaxşılaşdırılması artıq ağır atletika ila məşğul olmaq istəyənlərin sayını artirıb. Bölgələrdə yeni idman zallarinin açılması ağır atletlərin müxtəlif səviyyəli yarışlara, beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, o cümlədən yığma komandalarin təlim-məşq toplanişlarının daha da yaxşı təşkil olunmasına imkan verir.












    PAYLAŞ:

    Oxşar xəbərlər