BDU-nun Masallıdan olan müəllimi döş nişanı ilə təltif edildi

BDU-nun Masallıdan olan müəllimi döş nişanı ilə təltif edildi
  • Masallı / Cəmiyyət

  • Bakı Dövlət Universitetinin baş müəllimi, Şərqşünaslıq fakültəsinin magistratura üzrə dekan müavini, bir sıra ərəb ölkələrində tərcüməçi işləmiş Adil Hacıağa oğlu Yəhyayev elm və təhsil nazirinin müvafiq əmri ilə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilib.

    Məlumat üçün bildirək ki, Adil Hacıağa oğlu Yəhyayev 1939-cu il, yanvarın 5-də Masallı rayonunun Ərkivan kəndində (indi qəsəbədir) anadan olub. 
    1948-1958-ci illərdə Ərkivan kənd məktəbində oxuyub. 
    1958-1961-ci illərdə hərbi xidmətdə olub. 
    1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. 
    1966-1969-cu Əfqanıstanda, 1971-1983-cü illlərdə İranda tərcüməçi işləyib.
    1983-1989-cu illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasında baş laborant, 1989-cu ildən İran filologiyası kafedrasında müəllim işləyib. 
    2000-ci ildən Şərqşünaslıq fakültəsində magistratura üzrə dekan müavini vəzifəsində çalışır.
    20-dən çox elmi məqalənin və bir sıra tezislərin müəllifidir.
    Akif AĞAYEV
    PAYLAŞ:

    Oxşar xəbərlər