Masallı rayon İcra hakimiyyəti başçısından yeni təyinatlar

Masallı rayon İcra hakimiyyəti başçısından yeni təyinatlar
  • Masallı / Araşdırma / Siyasət

  • Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun 06 mart 2023-ci il tarixli müvafiq əmrlərilə rayonda müxtəlif vəzifə təyinatları olub.

    Asiya.az xəbər verir ki, icra başçısının Sərəncamına əsasən, Sərxanlı Rövşən İbadulla oğlu RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini təyin olunub. O həm də müvəqqəti olaraq şəhər “mer”inin vəzifələrini icra edəcək. Həmin vəzifəni icra edən nümayəndəliyin məsləhətçi-mühasibi Vahid Əhədov isə vəzifəsindən azad edilib. Bu vəzifəyə Göyçöl Ərazi Dairəsində məsləhətçi-mühasib işləyən Qarabəy Nəsirov təyinat alıb. 

    Qarabəy Nəsirov

    Rövşən Sərxanlı


    Qeyd edək ki, Sərxanlı Rövşən İbadulla oğlu 26.02.1982-ci ildə Masallı rayonu, Sığıncaq kəndində anadan olub.

    1989-cu ildə M.Qarayev adına tam orta məktəbin 1-ci sinifinə gedib. 1999-cu ildə həmin məktəbin məzunu olub.

    1999-cu iuldə Bakı Biznes Universitetinin İnzibati İdarəetmə fakultəsinə daxil olub. Birinci kursu bitirdikdən sonra qiyabi təhsil aldığı üçün hərbi xidmətdə olub. Hərbi xidməti başa vurandan sonra təhsilini davam etdirərək 2005-ci ildə universitetinin məzunu olub. 

    2002-2009-cu illərdə Sığıncaq Ərazi nümayındəliyində mühasib işləyib.

    2013-2014-cü illərdə Bakı Elektrik Şəbəkə ASC nəzarətçi mühəndis vəzifəsində çalışıb. 

    2021-ci ildən bu günkü təyinatına kimi Viləşçay Su Anbarı İstismarı İdarəsində mühəndis, sahə rəisi vəzifələrində işləyib. Ailəlidir, 3 övladı var.

     

    Masallı Rayon İcra Hakimiyyəti Başçısı Araz Əhmədovun digər sərcamı ilə Famil Soltanağa oğlu Cəfərov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi təyin edilib.

     

    Famil Cəfərov

    Qeyd edək ki, Famil Soltanağa oğlu Cəfərov 10.02.1974-cü ildə Masallı şəhərində anadan olub. 

    1993-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr, 1997-1999-cu illərdə isə magistr təhsili alıb. 

    1991-1992-ci illərdə Həzi Aslanov adına sovxozda fəhlə, 1997-1998-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda baş laborant, 1998-1999-cu illərdə həmin İnstitutun kiçik elmi işçisi olmuşdur. 1999-2001-ci illərdə Masallı rayonlararası Yerquruluşu idarəsində və 2001-2014-cü illərdə isə Lənkəran rayonlararası Yerquruluşu idarəsində mühəndis kimi fəaliyyət göstərib. 

    2014-2020-ci illərdə Masallı rayon İcra hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

    2020-ci ildən bu günə kimi Viləşçay Su Anbarı İstismarı İdarəsində mühəndis vəzifəsində işləyib.

    Ailəlidir, 3 övladı var.

     

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun növbəti sərəncamı ilə Akşin Xəlilov Lürən Ərazi Dairəsinin müavini vəzifəsindən azad edilərək həmin dairəyə nümayəndə təyin edilib.

    Akşin Xəlilov 
    PAYLAŞ:

    Oxşar xəbərlər