Masallıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib - FOTOLAR

Masallıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib - FOTOLAR
  • Masallı / Manşet / Siyasət

  • Masallı şəhər Gənclər Evində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Təqvim planı əsasında “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilmişdir.
     
    Asiya.az xəbər verir ki, Konfransda Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Millət vəkilləri, İctimai Birliklər, İdarə-müəssisə rəhbərləri və “Tərəqqi” medalı ilə təltif edilmiş ziyalıların, elm xadimləri iştirak etdiyi konfransı açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə, 28 noyabr 2022-ci il tarixdə isə “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.
    Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş Təqvim Planına uyğun olaraq bu gün “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçiririk.   

    Sonra Millət vəkilləri Anar İsgəndərov, Məşhur Məmmədov, Musa Qasımlı, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlı olması, dahi şəxsiyyətin Azərbaycançılığı dövlətçiliyə tətbiq etməsi, bu məfkurəyə əsaslanan milli dövlət yaratması, xalqda dövlətçilik hissini formalaşdırması, “Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olması, bu terminin işlədilməsi əsasən Sovetlər birliyindən sonra rast gəlinsə də sözügedən ideologiyası müstəqillik illərində daha da təkmilləşərək həyata keçirilməsi mövzularında geniş məruzə etmişlər.

    Konfransda tarixçi və ziyalılar Ulu Öndər Heydər Əliyev siyasi kursundan, onun həyat və yaradıcılığından, Azərbaycançılıq məfkurəsindən geniş bəhs etdilər. Konfrans gənc tarix müəllimi, Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbinin direktor müavini İradə İmanbəylinin “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”nin gənc nəsillərə tanıdılması və öyrədilməsinə daim səylə çalışacağıq fikirləri ilə başa çatmışdır.






    PAYLAŞ:

    Oxşar xəbərlər