Azərpaşa Nemətovun yerinə müvəqqəti TƏYİNAT

Azərpaşa Nemətovun yerinə müvəqqəti TƏYİNAT
  • Mədəniyyət

  • Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.

    Teatrının direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.

    Qeyd edək ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.

    O, 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində, 2018-ci ildən isə teatrın yaradıcı işlər üzrə direktor müavini vəzifəsində çalışır.
    2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

    2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən "Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvi” medalına layiq görülüb

    Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib.//APA
    PAYLAŞ:

    Oxşar xəbərlər