Şəhid Anar Novruzovun doğum günü qeyd edildi - FOTOLAR

Şəhid Anar Novruzovun doğum günü qeyd edildi - FOTOLAR
  • Masallı / Cəmiyyət / Manşet

  • Masallı rayonu Ərkivan qəsəbəsində 2020-ci il Tovuz Döyüşləri şəhidi mayor Anar Novruzovun doğum günü qeyd olunub.

    Asiya.az 
    xəbər verir ki, anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, idarə-müəssisə rəhbərləri, qəsəbə sakinləri, döyüş yoldaşları, ictimayət və media nümayəndələri iştirak ediblər.


    Yaşasaydı, Anar Novruzovun 47 yaşı tamam olacaqdı..
      

    Tədbir Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi himn sədaları altında bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

      

    Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

     

    Ərkivan qəsəbə 1, 4 və 5 saylı orta məktəblərin şagirdləri vətənə, bayrağa, şəhid Anar Novruzova həsr edilən şeirlər söyləyiblər.

     

    Çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Şəhid mayor Anar Novruzovun anadan olmasının 47-cı ildönümün yad edilməsi məqsədi ilə Masallı rayon Gənclər və İdman idarəsinin, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin birgə təşkilatçılığı ilə məktəblər arasında keçirilən “Tir atıcılığı”, eləcə də Masallı rayon Gənclər və İdman idarəsinin Masallı təhsil sektorunun nəzdində Uşaq Gənclər İdman Şahmat məktəbi ilə birgə təşkil etdiyi şahmat üzrə rayon turnirinin qaliblərini elan edərək, onları diplomlarla mükafatlandırıb.


    Mərasimə gələnlər şəhidin məzarı üzərinə əklil və çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

    Digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qısa vaxtda, cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığını, Anar və onun kimi digər şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağını söyləyiblər.
      

    Sonda tədbirin təşkilatçısı, şəhid mayorun qardaşı Sucəddin Novruzov çıxış edərək tədbir iştirakçılarına şəhidin ailəsi adından öz minnətdarlığını bildirib.

     

    Tədbir şəhidin adına verilən ehsan süfrəsi ilə başa çatıb.































    PAYLAŞ:

    Oxşar xəbərlər