Biləsuvarda kişi güllələndi - Qohumu saxlanıldı

Biləsuvarda kişi güllələndi - Qohumu saxlanıldı
  • Hadisə / CƏNUB

  • Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb.

    Bu barədə Asiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb.
    "Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Əsgər Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır", - məlumatda qeyd edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər