
Asiya.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, daha sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçirilməsi gözlənilir.