Eyni anda doğulan uşaqlar əkiz deyil - FOTO

Eyni anda doğulan uşaqlar əkiz deyil - FOTO
  • Maraqlı

  • İngiltərədə bir qadın olduqca nadir doğuş edib. 

    Asiya.az xəbər verir ki, İngiltərənin Herefordşir əyalətindən olan 30 yaşlı Sofi Kiçik birinci uşağına hamilə qaldıqdan 4 həftə sonra ikinci körpəsinə hamilə qalıb. 

    Uşaqlarını qucağına alan qadın müayinələrdən sonra körpələrinin əkiz olmadığını öyrənib.

    Həkimlər əvvəlcə körpələrin müxtəlif boy və çəkidə olduğundan şübhələniblər. Vəziyyəti araşdıran həkimlər ananın "superfetasiya” səbəbiylə körpəsinə bir ay fərqlə hamilə qaldığını üzə çıxarıblar.

    Holly və Darcy adlı körpələrinin anası Sofi "Fərqli mərhələdə böyüyən iki körpə daşıyırdım, amma bundan xəbərimiz yox idi. Hamiləliyim zamanı hər zaman xəstələnirdim. Həkimlər səbəb tapa bilmədilər. Daha sonra müayinə zamanı onların fərqli boy və çəkilərdə olduğu məlum oldu. Həkimlərin sözlərinə görə, bu cür doğuş dünyada onuncudur”, - deyə açıqlamasında bildirib.
    Ayşən

    PAYLAŞ:

    Oxşar xəbərlər