
Asiya.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində baş verib.
Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib.
Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.
Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.