Atatürklə bağlı serial çəkiləcək

Atatürklə bağlı serial çəkiləcək
  • Mədəniyyət

  • "Disney Plus Türkiyə" "Atatürk" serialının yayımlanacağını açıqlayıb.
     
    Asiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, platformadan bildirilib ki, Atatürk serialı çox yaxında - Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə efirdə olacaq.
    "Disney Plus Türkiyə" "Aktrisa" və "Arayış" serialları istisna olmaqla, bütün orijinal yerli məzmunları platformadan çıxarıb.
     
    Eyni zamanda "Recep İvedik 7", "Kaçış" və "Bursa Bülbül" kimi məzmunlar da köhnə istehsalların arxivdə saxlanması prosesi platformaya ayrıca xərcə səbəb olduğu üçün müvəqqəti olaraq platformadan çıxarılıb.

    Bütün bu proseslərdən sonra ABŞ Milli Komitəsi sosial media hesabında bir paylaşım edərək "Disney Plus Türkiyənin "Atatürk" serialının ləğv edilməsini tələb edib.

    Xüsusilə Cümhuriyyətin 100 illiyi üçün hazırlanan "Atatürk”ün taleyinin necə olacağı maraq mövzusu olub.

    "Disney Plus"ın orijinal türk məzmununu platformadan çıxarmaq qərarından sonra "Atatürk" serialının yayımlanmayacağı ilə bağlı fikirlər də var idi.
     
    Qeyd edək ki, "Disney Plus" ABŞ və bir neçə ölkə istisna olmaqla, bütün dünyada 2024-cü ilin sonuna qədər yerli məzmun istehsal etməmək qərarına gəlib.
    PAYLAŞ:

    Oxşar xəbərlər