Lənkəranda yanğın baş verən hotelin bu gün açılışı olacaqmış

Lənkəranda yanğın baş verən hotelin bu gün açılışı olacaqmış
  • Lənkəran / Sosial

  • Lənkəranda yanğın baş verən hotelin bu gün açılış mərasiminin keçirilməsi planlaşdırılırmış.

    "Report”un cənub bürosunun məlumatına görə, Babək Heydərliyə məxsus iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.

    Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.

    Hadisənin səbəbi araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər