Masallıda babası ilə istirahətə gedən oğlan çayda boğuldu

Masallıda babası ilə istirahətə gedən oğlan çayda boğuldu
  • ---

  • Masallıda doqquzuncu sinif şagirdi çayda boğularaq ölüb.

    Asiya.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Masallı rayonunun Qəriblər kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində baş verib. 

    Masallı rayonunun Təzə Alvadı kənd sakini 15 yaşlı Nurlan Maarif oğlu Novruzov babası ilə istirahət mərkəzlərinin birinə gediblər. Yeniyetmə ərazidən keçən Viləş çayında çimərkən baş nahiyəsi daşa dəyərək xəsarət alıb. Xəsarət alan Nurlan Novruzov suda boğularaq ölüb. Ətrafda olanların köməyi ilə onun cansız bədəni sudan çıxarılıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon şöbəsinə təhvil verilib.

    Qeyd edək ki, evin kiçik oğlu olan Nurlan 9-cu sinif şagirdi olub.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər