63 yaşlı Masallı sakini dənizdə boğuldu

63 yaşlı Masallı sakini dənizdə boğuldu
  • Masallı / Sosial

  • Astarada 63 yaşlı kişi dənizdə boğularaq ölüb.

     

    Asiya.az-ın əldə etdiyi məlumata görə, 1960-ci il təvəllüdlü Masallı rayonu Ərkivan qəsəbəsi, Miyondu məhəlləs sakini Əliyev Məhərrəm Cəmil oğlu avqustun 12-si Xəzər dənizinin Astara rayonu Şahağacı kəndi ərazisinə düşən hissəsində çimərkən itkin düşüb.

    Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələrinin tədbirləri nəticəsində M.Əliyevin cansız bədəni dənizdən çıxarılıb.

    Qeyd edək ki, M.Əliyev qısa müddət idi ki, ürək əməliyyatı olunmuşdu.
    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


     

    PAYLAŞ:

    Oxşar xəbərlər