Masallıda 16 yaşlı qız itkin düşdü

Masallıda 16 yaşlı qız itkin düşdü
  • Masallı / Sosial

  • Masallı rayonu, Ərkivan qəsəbə sakini, 2007-ci il təvəllüdlü Şiriyeva Səbinə Taryel qızı itkin düşüb.

    Asiya.az
    xəbər verir ki, qəsəbənin Qızlaküçə məhəlləsindən olan S.Şiriyeva iyunun 11-də saat 18 radələrində yaşadığı evdən çıxıb gedərək bir daha geri qayıtmayıb.

    İlkin ehtimallara görə itkin düşən qızın ailə həyatı qurmaq məqsədilə evi tərk etdiyi bildirilir.

    Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər