“Masallı Təhsil Fondu” tələbələrlə görüş keçirdi – FOTOLAR

“Masallı Təhsil Fondu” tələbələrlə görüş keçirdi – FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • “Masallı Təhsil Fondu” tərəfindən bu il ali məktəblərə yüksək balla qəbul olunan, eləcədə ötən dərs ilini ölkənin müxtəlif universitetlərində Pedaqoji təhsil alan tələbələrlə görüş keçirilib.  

    Asiya.az
    xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət edilib, abidə qarşısına gül-çiçək dəstələri düzüblər.

    Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutu ilə başlayıb. Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açaraq ali məktəblərə qəbul olunan tələbə qızları təbrik edib. Azərbaycanda təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran icra başçısı qeyd edib ki, bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gənclərimiz, xüsusilə qızlar öz uğurları ilə bizi sevindirir. Bu da əbəs deyildir. Masallıdan təhsil alan qızların təhsil haqqı ödənişi və təqaüdünün verilməsindəki uğurlu iş “Masallı Təhsil Fondu”-nun apardığı məqsədyönlü iş sayəsində həyata keçirilir. “Mən 15 rayonda çalışmışam. “Masallı Təhsil Fondu” ölkədə yeganədir. Heç bir rayonda belə bir təşkilat yoxdur” – deyə icra başçısı sözünü yekunlaşdırıb.

    “Masallı Təhsil Fondu”-nun icraçı direktoru Hüseyn Hüseynov fondun fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirb ki, fond Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb. Yarandığı üç il ərzində 160 qıza təhsil fondunun nizamnaməsinə uyğun təqaüd və onların təhsil haqqları ödənilib. 

    Tələbə qızlarla görüşdə çıxış edən Milli Məclisin deputatları - Anar İsgəndərov, Məşhur Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov qızlara tələbə həyatında, imtahanlarında uğurlar diləyib, Masallının adını daim uca tutmağı arzulayıblar. 

    Tələbələrdən — şəhid İntiqam Abbasovun qızı Xədicə Abbasova, Lalə ƏsədzadəTürkan Həsənova çıxışlarında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. 

    Sonra bu il ali məktəbə 600-dən yuxarı balla qəbul olunan tələbələr – Vüsal Nəcəfzadə, Fazil QəribəliyevZəhra Alışovaya hədiyyələr təqdim edilib.
     
    Tədbirdə millət vəkili Məşhur Məmmədov tələbə qızlara uğurlar arzulayıb, onların gələcək həyatında nümunəvi gənc olmağı tövsiyə edib. “Fond qızların təhsilinə önəm verilməsi, yüksək ixtisaslı kadrların hazırlanması naminə bütün imkanlardan səmərəli istifadə edir. Bununla yanaşı, bir vacib məsələni də qeyd etmək yerinə düşər ki, fond qızların təhsildən yayınması, erkən nikaha girməsi kimi neqativ halların qarşısının alınmasına yönəlir” - deyə millət vəkili tədbir iştirakçılarının diqqətinə çatdırdı.
    ///Asiya.az 










    PAYLAŞ:

    Oxşar xəbərlər