Şəhidi İbrahim Rükabzadənin doğum günüdür - FOTOLAR

Şəhidi İbrahim Rükabzadənin doğum günüdür - FOTOLAR
  • Masallı / Cəmiyyət / Manşet

  • Bu gün "Azərbaycan Bayrağı" ordenli Vətən Müharibəsi şəhidi İbrahim Rükabzadənin doğum günüdür.
    Asiya.az xəbər verir ki, şəhidimizin 23-cü yaşı Boradigah qəsəbə qəbiristanlığında yerləşən məzarı önündə anılıb.

    Anım mərasimində şəhidin doğmaları, din xadimləri, ictimayət nümayəndələri və qəsəbə sakinləri iştirak edib. 
    Tədbir öncəsi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

    Çıxış edənlər şəhidin döyüş yolunun gələcək nəsillər üçün nümunə olduğunu, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını bildiriblər. 
    Məktəblilər şeirlər söyləyib, ədəbi-bədii kampozisiya göstəriblər.  

    Qeyd edək ki, əsgər Rükabzadə İbrahim Rasif oğlu 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olub. 
    2017-ci ildə Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin məzunu olub. 
    2019-cu il aprel ayının 8-də hərbi çağırış ilə xidmətə yollanıb. Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin N saylı hərbi hissəsində davam etdirib. İbrahim Rükabzadə 27 sentyabr başlayan torpaqların azad edilməsi uğrunda müharibədə iştirak edərək 21 oktyabr tarixində Xocavənd rayonunda şəhid olub. 

    Şəhid İbrahim Rükabzadə Azərbaycan Respublikasinin Prezidentinin Sərəncami ilə "Azərbaycan Bayrağı" ordeni, "Şücaətə görə", "Cəsur döyüşçü", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.














    PAYLAŞ:

    Oxşar xəbərlər