Şəhid İbrahim Rükabzadənin doğum günü qeyd edilib - FOTOLAR

Şəhid İbrahim Rükabzadənin doğum günü qeyd edilib - FOTOLAR
  • Cəmiyyət

  • Masallı rayonunun Boradigah qəsəbəsində Vətən Müharibəsi şəhidi İbrahim Rükabzadənin doğum günü qeyd edilib. 

    Asiya.az xəbər verir ki, anım mərasimində rayon ziyalıları, ictimayət nümayəndələri, şəhid ailələri, qazilər, din xadimləri və qəsəbə sakinləri iştirak edib. 

    Yaşasaydı, İbrahim Rükabzadənin 22 yaşı tamam olacaqdı. Tədbir öncəsi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Anım mərasimində çıxış edənlər şəhidin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər. 

    Məktəblilər şeirlər söyləyib, ədəbi-bədii kampozisiya göstəriblər. Tədbir vətənpərvər və ilahi mahnılarla davam edib. 

    Sonra mərasim evində şəhid İbrahim Rükabzadənin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb. Sonda mərasimə gələnlər şəhidin məzarını ziyarət ediblər. 

    Qeyd edək ki, İbrahim Rükabzadə 21 oktyabr 2022-ci il tarixində Xocavənd rayonunda şəhid olub. Oktyabr ayının 23-ü şəhid Masallı rayonu Boradigah qəsəbəsində dəfn edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.









    PAYLAŞ:

    Oxşar xəbərlər