Messi 8-ci dəfə "Qızıl top"un sahibi oldu

Messi 8-ci dəfə "Qızıl top"un sahibi oldu
  • İdman

  • Futbol üzrə son dünya çempionu Argentina millisinin və ABŞ-ın "İnter Mayami” klubunun kapitanı Lionel Messi "Qızıl top" mükafatının sahibi olub.

    Asiya.az xəbər verir ki, Messi karyerasında 8-ci dəfə sözügedən titula sahib çıxıb.

    Messiyə mükafatı "İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

    Qeyd edək ki, Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə "Qızıl top”un sahibi olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər