Astarada qadının qətlinə görə 3 nəfər tutuldu

Astarada qadının qətlinə görə 3 nəfər tutuldu
  • Astara / Hadisə

  • Dünən Astaranın Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı 3 nəfər tutulub.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan Asiya.az-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri - 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər