18-11-2023, 09:26
1 110
Masallı / Hadisə
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan TOZ-8 markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.