Lerikdə dağın yamacından silah-sursat aşkarlandı - FOTO

Lerikdə dağın yamacından silah-sursat aşkarlandı - FOTO
  • Lerik

  • Lerik Rayon Polis Şöbəsinə rayonun Lüləkəran kəndi ərazisində dağın yamacından silah-sursat tapılması barədə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS" markalı, 1 ədəd isə "AKM" markalı olmaqla ümumilikdə 2 ədəd avtomat və 5 ədəd patron aşkarlanaraq götürülüb.

    Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 1 nəfər rayon sakinindən lüləsi kəsilmiş ov tüfəngi, 5 nəfər rayon sakinindən isə müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər