Yardımlıda dərədən silah-sursat aşkarlanıb - FOTO

Yardımlıda dərədən silah-sursat aşkarlanıb - FOTO
  • Yardımlı / Hadisə

  • Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd "AKS-74U" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb.

    Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.


    PAYLAŞ:

    Oxşar xəbərlər