Özünü QHT rəhbəri kimi təqdim edən şəxs vətəndaşın pulunu mənimsəyib – ŞİKAYƏT

Özünü QHT rəhbəri kimi təqdim edən şəxs vətəndaşın pulunu mənimsəyib – ŞİKAYƏT
  • Araşdırma / Sosial

  • Özünü QHT rəhbəri, siyasi şərhçi, politoloq kimi tanıdan Laçın rayonu Hacılar kənd sakini Mamedov Tural Marks oğlu (Tural ƏrQorqud) həbsdən çıxdıqdan sonra dələduzluqla məşğuldur. O mənim kimi bir neçə nəfərin etibarından və həssas vəziyyətindən istifadə edərək bizi aldadıb, pulumuzu mənimsəyib. 

    Bu barədə Asiya.az-a dələduzluğun qurbanı olan Samir Abbasov (ad şərtidir) bildirib. Şikayətçi qeyd edib ki, Tural Marks oğlu Mamedov özünü onlara Tural ƏrQorqud kimi təqim edərək Xalqinfo.az xəbər portalının rəhbəri, Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyin sədri olduğunu bildirib və elə bununla da şikayətçilərin etibarını qazanıb. 
    Şikayətçi bildirib ki, Tural ƏrQorqud Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə həbsdə yatdığı müddət ərzində dustaq yoldaşlarının yanına gələn ailələri müşahidə edib. Həbsdən çıxdıqdan sonra isə həmin ailələri taparaq yalan vəddlərlə onlardan müəyyən miqdarda pullar alıb:

    “Həbsdən çıxdıqdan sonra həmin şəxslərin ailələrini tapıb və evlərinə gedib. Onların övladlarının əsassız olaraq tutulduğunu və özünü nümunə çəkərək, rüşvət qarşılığında bütün məhkəmə və prokurorluq orqanlarında çalışan yüksək vəzifəli məmurların adından yalan informasiya verərək, onların övladlarını da həbsdən çıxarılacağına inandırıb. Məndən bu ilin may ayından etibarən ümumilikdə  11 min 400 manat pul alıb. Qarşılığında məhkəmə orqanlarında çalışan şəxslərə həmin pulu verdiyini bildirib. 
    Daha sonra onun yalan danışdığını hiss edərək kiçik araşdırma aparmaq qərarına gəldik. Məlum oldu ki, o özü dələduzluq üzündən həbsdə olub. Üstəlik istintaqdan yayınıb və polis tərəfindən axtarışdadır”.

    Şikayətçi bildirib ki, tək aldadılan o deyil. Onun kimi Tural ƏrQorqudun dələduzluğunun qurbanı olan çıx sayda adam var.
    Asiya.az qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər