Masallı xeyriyyəçiləri şəhid bacısı üçün ev tikdi - VİDEO/FOTOLAR

Masallı xeyriyyəçiləri şəhid bacısı üçün ev tikdi - VİDEO/FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Masallı Rayon Banbaşı kəndində 24 dekabr ölkə prezidenti İlham Əliyevin doğum günü münasibətilə “Sabahın 5 əsgərinə ev olaq" devizi altında Masallı rayon Köçəkli kəndinin I Qarabağ şəhidi Rəhimov Sərhəddin Yadulla oğlunun bacısı, 5 uşaq anası Rəhimova Fərqanə Yadulla qızı üçün fərdi yaşayış evi tikilərək istifadəyə verildi.

    Asiya.az xəbər verir ki, evin təqdimat mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, təşkilatçılar, dəstək olanlar, şəhid ailələri, qohumlar və qonşular iştirak ediblər.

    Qeyd edək ki, fərdi yaşayış evi Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun təşəbbüsü, “Viləş" Uşaq Bağçasının direktoru Şəfa Allahverdiyevanın təşkilatçılığı, rayonda və xaricdə yaşayan xeyriyyəçi insanların maddi dəstəyi ilə fərdi yaşayış evi tikilərək təhvil verilmişdir.

    Açılış mərasimdə təşkilatçısı, “Viləş" Uşaq Bağçasının direktoru Şəfa Allahverdiyeva bildirmişdir ki, Masallı rayon Köçəkli kəndinin I Qarabağ şəhidi Rəhimov Sərhəddin Yadulla oğlunun bacısı, 5 uşaq anası Rəhimova Fərqanə Yadulla qızı üçün 24 dekabr ölkə prezidenti İlham Əliyevin doğum günü münasibətilə “Sabahın 5 əsgərinə ev olaq" devizi altında həyata keçirilən layihəyə əsasən tiklilmiş evin ümumi sahəsi 80 kv.metr olmaqla, 3 otaq, 1 mətbəx və 1 sanitar qovşağdan ibarətdir. Mənzil tam təmirli olmaqla yanaşı bütün kommunal xidmətləri, mebel dəsti və digər məişət əşyaları ilə təmin olunmuşdur.
        
    Evin açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ilk öncə çox uşaqlı ailənin başçısı Fərqanə xanımı təbrik etmiş, yeni evində xoşbəxt həyat yaşamağı, 5 övladının uğurunu görməyi arzulamışdır. Eyni zamanda rayon rəhbəri bu xeyirxah təşəbbüsə təşkilatçılıq edən, mümkün dəstəyi verən hər kəsə minnətdarlığını bildirmişdir.
        
    Ailə başçısı və uşaqlar onların mənzil şəraitin yaxşılaşdırılmasına görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, təşəbbüskar olan rayon rəhbərinə, təşkilatçı və dəstək olanların hər birinə dərin minnətdarlığını ifadə etdi.

    Sonda evin açılışını bildirən rəmzi lent kəsildi və çay süfrəsi arxasında qonaqlar ailənin sevincinə şərik oldular.



























    PAYLAŞ:

    Oxşar xəbərlər